Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərinin Üçxoz qəsəbəsində müvəqqəti məskunlaşan kəlbəcərli məcburi köçkünlərlə səyyar qəbul - görüş keçirildi.

08 avqust 2019 | 16:00

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu Mingəçevir şəhərinin Üçxoz qəsəbəsində keçirildi. Səyyari görüşdə rayonun İnzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və Üçxoz qəsəbəsində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkünlər iştirak etdilər. Qəbulu   giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov açmış, ölkəmizin sosial – iqtisadi vəziyyətinin inkişafı, məcburi köçkünlərin mənzil – məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, ordu quruculuğu sahəsindəki  görülən işlərdən və bundan sonra icrası nəzərdə tutulan layihələrdən danışdı. Məcburi köçkünlər tərəfindən qaldırılmış problemlərin  bir qismi yerindəcə öz həllini tapmış, digər məsələlər ilə bağlı  aidiyyatı  üzrə göstərişlər verilmşidir.

Keçidlər