Kəlbəcər rayonunun 2019-cu ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
09 avqust 2019-cu il tarixdə Kəlbəcər rayonunun 2019-cu ilin 6 ayı ərzində sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın geniş iclası keçirildi. İslasda Şura üzvləri, rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib. Hesabat məruzəsi ilə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov əvvəlcə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədəki nitqindən irəli gələn vəzifələr barədə danışib, daha sonra ötən 6 ay ərzində rayonda görülmüş işlər və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib. Sonra məruzə ətrafında çıxışlar dinlənilib, cari və həlli vacib olan məsələlər müzakirə edilib. İclasın sonunda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov qarşıda duran vəzifələrlə yanaşı, mövcud nöqsan və çatışmazlıqların da aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlarını verdi.