Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəbə qəbul olan kəlbəcərli tələbələrlə görüş keçirildi

06 sentyabr 2019 | 16:00

06 sentyabr  2019-cu il tarixdə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Mədəniyyət Sarayında Kəlbəcər  rayon İcra Hakimiyyətinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığıl ilə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirildi. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, ümumtəhsil müəssisələrinin pedaqoji kollektivləri, ali məktəblərə qəbul olunmuş tələbələr və valideynlər iştirak etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov geniş məruzə ilə çıxış edərək tələbələri təbrik etdi və onlara yeni qəbul olduqları ali təhsil müəssisələrində müvəffəqiyyətlər arzuladı. Rayon başçısı ölkəmizdə təhsilə, elmin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə aparılan islahatların verdiyi bəhrələrdən danışaraq  tələbə adını qazanmış gəncləri təbrik etdi. Natiq qeyd etdi ki, bu il tam orta məktəbləri bitirən 1127 nəfər məzundan 556 nəfər tələbə adını qazanıb, onlardan 14 nəfəri 600-dən çox bal toplayıb. 
       Tədbirdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildirdilər.
            Sonda  ali məktəblərə daxil olmuş tələbələrə hədiyyələr təqdim olundu.

Keçidlər