Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncə şəhəri 1500 ailəlik Yeni qəsəbədə yerləşən Mədəniyyət Sarayınını AKT zalında kəlbəcərli məcburi köçkünlərlə səyyar qəbul - görüş keçirildi.

17 sentyabr 2019 | 16:00

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədovun növbəti səyyar qəbul-görüşü Gəncə şəhəri 1500 ailəlik Yeni qəsəbədə yerləşən Mədəniyyət Sarayınını AKT zalında keçirildi. Səyyari görüşdə İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi – təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, rayonun idarə və müsəssisə rəhbərləri və 1500 ailəlik yeni qəsəbədə məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkünlər iştirak etdilər. Qəbulu giriş sözü ilə rayon icra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov açmış və ölkəmizin sosial – iqtisadi vəziyyətinin inkişafı, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan, ordu quruculuğu sahəsindəki görülən işlərdən və bundan sonra icrası nəzərdə tutulan layihələrdən danışdı. Səyyari qəbulda 71 nəfər iştirak etmiş, 4 nəfər müxtəlif məsələlərlə bağlı müraciət etmişdir. Məcburi köçkünlər tərəfindəın qaldırılan 1 məsələ yerində müsbət həll olunmuş, 3 məsələ ilə bağlı vətəndaşlara müvafiq qaydada izahat verilmişdir. Problemlərin  bir qismi yerindəcə öz həllini tapmış, digər məsələlər ilə bağlı  aidiyyatı  üzrə göstərişlər verilmşidir.

Keçidlər