Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətində prokurorluq işçilərinin peşə bayramı qeyd edildi.

01 oktyabr 2019 | 16:00

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı Aqil Məmmədov, rayon Prokuroru Rasim Musayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, rayon İcra hakimiyyətinin məsul işçiləri iştirak etdilər. Tədbir iştirakçıları İcra hakimiiyətində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər qoydular. Rayon  başçısı Aqil Məmmədov tədbirdə çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixdə imzaladığı sərəncamla hər il oktyabr ayının 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Aqil Məmmədov  bütün prokurorluq işçilərini o, cümlədən Kəlbəcər rayon Prokurorunu peşə bayramları münasibətilə  təbrik etdi. Onlara məsul və şərəfli işlərində yeni-yeni uğurlar arzuladı. Daha sonra geniş məruzə ilə çıxış edən rayon prokuroru Rasim Musayev prokurorluq orqanlarına göstərilən diqqət və qayğıya, fəaliyyətləri üçün yaradılan yüksək səviyyəli şəraitə görə Azərbaycan Prespublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirdi. Tədbirdə digər çıxış edənlər prokurorluq işçilərinin peşə bayramı münasibətilə öz səmimi təbriklərini catdırdılar.

Keçidlər