Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirildi.

18 oktyabr 2019 | 16:00

18 oktyabr 2019-cu il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətinin akt zalında rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədovun, rayonun idarə, müəssisə və hüquq mühafizə orqanları rəhbərlərinin, o cümlədən ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycanın Dövlət Müstəqiliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov tədbir iştirakçılarını müstəqillik günü münasibəti ilə təbrik edib, Azərbaycanın dövlət müstəqilliyi tarixinə qısa nəzər salaraq bu müstəqiliyin   əldə edilməsində və qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu xüsusilə vurğuladı.
      Daha sonra məruzə və  çıxış edənlər Ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasəti nəticəsində bizə XXI   əsrdə dünya dövlətləri arasında öz layiqli yerini tutan demokratik, hüquqi, sivil bir dövlət bəxş etdiyini və əsası Ulu Öndər tərəfindən qoyulmuş müdrik siyasətin layiqli davamçısı, ölkə prezidentimiz cənab İlham Əliyevin  böyük səyləri nəticəsində dövlətimizin daha da güclənərək beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrildiyini bildirdilər. Müstəqilliyimizin möhkəmlənməsində və əbədi olmasında Azərbaycan xalqının Ulu öndəri Heydər  Əliyevin müstəsna əməyini xüsusi qeyd etdilər.

Keçidlər