Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin fəalları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etmişdir.

30 oktyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında beynəlxalq ictimaiyyətə ünvanlandığı “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajı ümummilli ideya kimi qəbul edilərək ətrafında milyonları toplamışdır. Kəlbəcər rayon İcra Hakimiyyətinin dəstəyi ilə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin fəalları 30 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajına həmrəyliklərini nümayiş etdirmək məqsədi ilə işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə yürüyüş etmiş, ölkə başçısı möhtərəm cənab prezident İlham Əliyevə dəstəklərini ifadə etmişlər. Səfər çərçivəsində “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilmiş, daha sonra Cocuq Mərcanlı kəndində yaradılan infrasturukturla tanış olunmuş, Şuşa məscidinin bənzəri olan məsciddə şəhidlərimizin əziz xatirəsinə dualar oxunmuşdur. Tədbir iştirakçıları Cocuq Mərcanlı kənd tam orta məktəbində məktəbin kollektivi ilə görüşmüş, məktəbə xatirə hədiyyələri təqdim edilmişdir.

Keçidlər