Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olundu.
Gəncə şəhəri Yeni qəsəbədə yerləşən Kəlbəcər rayon Mədəniyyət sarayının AKT zalında Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə təzə gül dəstələri qoydular, Ulu Öndərin xatirəsi ehtiramla yad olundu. Tədbiri giriş sözü ilə açan Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Eldəniz Mehdiyev Yeni Azərbaycan Partiyasının 27 ildə böyük inkişaf yolu keçməsindən, Ulu Öndərin siyasi kursunu bu gün Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində Azərbaycanın yeni-yeni uğurlar əldə etməsindən danışdı. Sonra Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının aparat rəhbəri Qənahət Əsgərov geniş məruzə ilə çıxış etdi.