Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edildi
12 dekabr 2019 | 16:00
Ölkəmizin hər yerində olduğu kimi, bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətində müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyevin unudulmaz və əziz xatirəsi böyük ehtiramla yad edildi. Rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Liderin abidəsini ziyarət etdilər və xatirəsinə böyük ehtiram əlaməti olaraq abidəsi önünə tər çiçəklər düzdülər. Tədbirdə çıxış edənlər və rayon ağsaqqaları Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı cıxış edərək onun dahi bir şəxsiyyət, böyük ideyaların müəllifi, müasir Azərbaycanın qurucusu kimi daima Azərbaycan xalqının qəlbində yaşayacağını bildirdilər.