Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirildi.

20 yanvar 2020 | 16:00

20.01.2020-ci il tarixdə saat 11:00-da Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən  Kəlbəcər Şəhidlərinin Abidəsi Kompleksinin qarşısında 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçrildi. Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Eldəniz Mehtiyev, şəhid ailələri, müharibə veteranları, Kəlbəcər sakinləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Əvvəlcə Azərbaycanın suverenliyi uğrunda, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onların ruhuna dualar oxundu. Abidə kompleksi önünə əklil və gül dəstələri  qoyuldu.

Keçidlər