Gəncə şəhəri 1500 ailəlik yeni məcburi köçkün qəsəbəsində dezinfeksiya işləri davamlı olaraq aparılır
Koronavirus infeksiyası ilə mübarizə sahəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın təlimatlarına uyğun olaraq, aparılan dezinfeksiya işləri gücləndirilib. Gündəlik olaraq həyətlər, bina girişləri xüsusi materiallarla dezinfeksiya olunur, küçə və prospektlər yuyulur.
Bununla əlaqədar, verilən tapşırıqların icrasının təmin edilməsi, təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən Kəlbəcər rayon İcra Hakimiyyəti yanında Operativ Qərargah yaradılıb. Görülən tədbirlər çərçivəsində, rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Qərərgahda əhalidən daxil olan məlumatların operativ qəbul edilməsi üçün (022) 267-50-12 nömrəli “Qaynar xətt” yaradaraq Kəlbəcər rayon İcra Hakimiyyətinin rəsmi saytında, “facebook” və “instaqram” səhifələrində yerləşdirib. Vətəndaşlar heç bir probelm olmadan həmin elektron vasitələr və telefon rabitəsi ilə əlaqə saxlaya bilirlər.