26 iyun-Silahlı Qüvvələr Günü qeyd edilib.
24 iyun 2025 | 17:45
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik Zöhrab Camalov, idarə-müəssisə rəhbərləri, Vətən müharibəsi veteranları, qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub əziz xatirəsi ehtiramla yad edilib. Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik Zöhrab Camalov, Vətən müharibəsi qazisi Elvin Hüseynov çıxış edərək bildirdilər ki, Azərbaycanda milli ordunun quruculuğu məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan ordusu regionun və dünyanın ən güclü ordularından biridir. Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçib və bölgənin ən güclü qüvvəsinə çevrilib.
Yekunda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman bəyan edir ki, ordu quruculuğu sahəsində qazanılan nəailiyyətlərin bütün parametrlər üzrə daha da inkişaf etdirilməsi onun fəaliyyətində prioritet istiqamətlərdəndir. Ulu Öndərin arzusunu şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun və xalqımızın sarsılmaz birliyi nəticəsində doğma Qarabağımız düşmən işğalından azad edilib. Artıq 5 ildir ki, müstəqil Azərbaycan Zəfər Bayramını qürurla qeyd edir.
Sonda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən bir qurup şəxs “26 iyun-Silahlı Qüvvələr Günü” münasibəti ilə təltif edilib.






