Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr - Anım Günü ilə bağlı “27 sentyabr-Zəfərə gedən yolun başlanığıcıdır" mövzusunda tədbir keçirilib. 

24 sentyabr 2025 | 18:14

  Tədbirdə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar Ittifaqı Kəlbəcər rayon komitəsinin sədri Əli Bağırov, YAP Kəlbəcər rayon  təşkilatının sədri Həbib Misirov, Kəlbəcər RIH-in məsul əməkdaşı Oktay Cabbarov, Kəlbəcər rayon Statiska Idarəsinin rəisi Ramil Salmanov,Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Musa Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.               

           Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermìş şəhidlərimizin əziz xatiəsi  1 dəqiqəlik sükutla yad edildi.    DIIXI HI Kəlbəcər rayon komitəsinin sədri Əli Bağırov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər, Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev tərəfindən uğurla davam etdirilir.Ali Baş Komandan cənab Ilham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli ordumuzun və xalqımızın sarsılmaz birliyi nəticəsində doğma Qarabağımız düşmən işğalından azad edilib.Artiq 5 ildir ki, Azərbaycan Zəfər bayramını qürurla qeyd edir.Zəfərin başlanığıc addımı 2020 ci il sentyabrın 27 də Ermənistan Silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq, Azərbaycan Ordusnun" Dəmir yumruq" adlandırılan əks - hucum əməliyyatına bașlaması ilə atıldı.Müharibənìn taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla,döyüş meydanında əsl qəhrəmanlıq gọstərən  Azərbaycan əsgər və onun cəsur komandiri idi.Məhz onların səyi nəticəsində 44 gün ərzində Ermənistan ordusu iflic vəziyyətə dưşdü.2023 cü ilin 19-20 sentyabr (23 saat 43dəqiqə) tarixlərində uğurla həyata keçirilən antiterror əməliyyatında isə Ermənistan ordusunun onurga sütunu qırılaraq tamamilə darmadağın edildi.Nəticə etibarilə Ali Baş Komandan cənab Ilham Əliyevin rəhbərliyi ilə 27 sentyabrda başlanan Vətən Müharibəsi şanlı qələbə ilə sona çatdı.

Daha sonra çıxış edən natiqlər bildirdilər ki, Azərbaycanda Milli ordu quruculuğu məhz Ulu Ọndər Heydər Əliyevin adı ilə bağlıdr.2020 ci ilin 27 sentyabrında başlanmış yol özünün göstərilən məntiqi sonluğuna çatmışdı.Bu gün o, şərəf yolumuzun başlanılmasından 5 il ötür.Nə xoş 5 ilin tamamında vətənimiz Azərbaycan ọzünün suverenliyini bərpa edib.Qətiyyətlə demək olar ki, "27 sentyabr"ın qarşıya qoyduğu hədəflər tam şəkildə həyata keçirilib.Azərbaycan Dövləti hər zaman mübariz oğul və qızlarının sücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş müqəddəs bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış õlkəmizin ərazi bütõvlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə ,bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Resoublikasının Prezidenti cənab Ilham Əliyevin 2020 ci il 02 dekabr tarixli sərəncamı ilə hər il sentyabrın 27 Azərbaycan Respublikadında anım günü kimi qeyd edilməsi qərara alınıb.   Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycan Dünyaya Günəş kimi doğacaq. Dahi şəxsiyyətin söylədiyi hər fikir,dilə gətirdiyi hər arzu cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi.27 sentyabrda başlanmış yol Vətənimizi doğan Günəşə çevirdi.Elə bir Günəşə ki dûnyanı yenidən işıqlandırmaq əzmini göstərdi.

Keçidlər