27 sentyabr - Anım Günü ilə bağlı ağacəkmə aksiyası keçirilib.
25 sentyabr 2025 | 08:36
Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr - Anım Günü ilə bağlı keçmiş məcburi köçkünlər üçün salınmış Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə ağacəkmə aksiyası keçirilib.Aksiyada Kəlbəcər rayon İcra Hakimiyyətin başçısının müavini Fərqanə Əhmədova, Kəlbəcər RİH-in məsul əməkdaşları, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, idarə-müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.






