Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr “Anım Günü” ilə bağlı Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Gəncə şəhərində raket və mərmilər nəticəsində həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

26 sentyabr 2023 | 15:52
Respublikanın hər yerində olduğu kimi, Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən də 27 sentyabr “Anım Günü” ilə bağlı silsilə tədbirlər keçirilir, şəhid ailələri, şəhidlərin məzarları və abidə kompleksləri ziyarət olunur.
27 sentyabr “Anım Günü” ərəfəsində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev, Kəlbəcər rayon Prokurorunun böyük köməkçisi İslam Mahmudlu , idarə-müəssisə rəhbərləri,RİH başçısı aparatının məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Gəncə şəhərində raket və mərmilər nəticəsində həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Ziyarət zamanı Vətən Müharibəsi dövründə həlak olan dinc, mülki şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq, abidə önünə çələng qoyulmuş, gül dəstələri düzülərək şəhidlərin ruhuna dualar oxunmuşdur.
Keçidlər