27 sentyabr “Anım Günü” ilə əlaqədar antiterror əməliyyatı zamanı şəhid olmuş Salmanov Elçin Habil oğlunun məzarı ziyarət edilib.
Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə , Çaykənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhid ailələri, şəhidin yaxınları, Kəlbəcər rayon 30və 78 nömrəli məktəbin killektivi və ictimaiyyət nümayəndələri 27 sentyabr “Anım Günü” ilə əlaqədar antiterror əməliyyatı zamanı şəhid olmuş Salmanov Elçin Habil oğlunun məzarını ziyarət edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib.44günlük Vətən müharibəsində və lokal antiterror əməliyatında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun göstərdiyi rəşadətdən, şəhidlərimizin misilsiz şücaətindən bəhs edilib. Şəhidlərimizin əziz xatirəsini hər zaman xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Qeyd edək ki, şəhid Elçin Habil oğlu Salmanov 27 sentyabr 2001-ci il tarixində Yevlax şəhərində anadan olub.
Elçin Salmanov ilk ibtidai təhsilini Yevlax şəhər məktəblərində alsada, sonradan təhsilini Kəlbəcər rayon 30 saylı tam orta məktəbdə davam etdirib. Təhsil aldığı dövürdə məktəblə paralel musiqiyə də həvəsi olur və qardaşı İlkinlə birlikdə Yevlax şəhərində yerləşən 11 nömrəli Ağdam musiqi məktəbinə yazılırlar. İlkin Qarmon sinfinə Elçin isə Nağara sinfinə qəbul olunur. Ailənin yaşam çətinliyini dərk edən Elçin orta təhsilini doqquzuncu sinifdə bitirməli olur və avtomobil rəngsaz sənətini öyrənmək üçün usta yanında köməkçi olaraq işə başlayır. Elçin Salmanov hər kəsin sevimlisi və eyni zamanda öz əxlaqı, mədəniyyəti ilə cəmiyyət içində böyük hörmət qazanmışdır.
2019-cu il oktyabr ayında hərbi xidmətə yollanan Elçin Salmanov xidmətinə Ağdam və Xocavənd istiqamətində başlayır. 27 sentyabr 2020-ci il tarixində başlamış İkinci Qarabağ müharibəsi zamanı Elçin Salmanov da döyüşlərə qatılır və Xocavəndin azad olunmasında ştirak edir. Qüsursuz xidmətlərinə görə hərbi-hissə rəhbərliyi tərəfindən Təşəkkürnamə ilə mükafatlandırılır.
Vətənə bağlılıq və milli-mənəvi dəyərlərə sədaqət Elçinin şəxsi keyfiyyətlərini formalaşdıran əsas meyarlar olmuşdur. 2020-ci ildə baş vermiş İkinci Qarabağ Müharibəsində iştirak edən Elçin Habil oğlu, döyüş bölgələrindəki strateji mövqelərin azad olunmasında xüsusi rol oynamışdır. Daha sonra 2022-ci ildə Ermənistanla sərhəddə keçirilən Cermuk əməliyyatında və 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilmiş lokal antiterror tədbirlərində iştirak etmişdir.
21 sentyabr 2023-cü il tarixində Ağdərə rayonu istiqamətində aparılan döyüş əməliyyatları zamanı göstərdiyi qəhrəmanlıq nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Elçin Salmanov 22 sentyabr 2023-cü il tarixində doğulub boya-başa çatdığı Yevlax şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən müharibəsi iştirakçısı” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Vətən uğrunda” medalı (ölümündən sonra) və 3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni (ölümündən sonra) ilə təltif olunmuşdur.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






