27 Sentyabr – Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksi ziyarət edilib
25 sentyabr 2026 | 15:32
27 Sentyabr – Anım Günü münasibətilə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Əhmədova, Kəlbəcər RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri Gəncə Memorial Kompleksini ziyarət edib.
Ziyarət zamanı Gəncə şəhərinə raket hücumu nəticəsində həlak olan mülki şəxslərin, eləcə də Vətən müharibəsində canından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
Kompleksdə günahsız insanların xatirəsinə ehtiram göstərilib, onların ruhuna dualar oxunub və gül dəstələri qoyulub.
Şəhidlərimizin və Gəncə terroru qurbanlarının əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.






