27 sentyabr “Anım Günü” ilə əlaqədar Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi iştirakçısı Əhmədazdə Əlinin və Hüseynov Elvinin ailəsini ziyarət edib.
24 sentyabr 2024 | 17:16
27 sentyabr “Anım Günü” ilə əlaqədar Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə rəisi polkovnik-leytenant Fizuli İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəis polkovnik Zöhrab Camalov, Kəlbəcər RİH-in məsul əməkdaşları Vətən müharibəsi iştirakçısı Əhmədazdə Əlinin və Hüseynov Elvinin ailəsini ziyarət edib.
Ziyarət əsnasında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, ordumuzun Vətən Müharibəsində əldə etdiyi şanlı qələbədən, onların göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrindən söz açılıb.Suveren, bütöv, azad Azərbaycanın şanlı zəfərində onlarında özünəməxsus paylarının olduğu vurğulanıb.Eyni zamanda vurğulanıb ki, şəhid ailələri, qazilər daima dövlət başçısının xüsusi diqqət mərkəzindədir.
Müharibə iştirakçıları şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Əhmədazdə Əli döyüşlərdə yaralanıb “Qubadlının azad olunmasına görə”medalı, “Laçının azad olunmasına görə”medalı,”Vətən uğurunda”medalı, Vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilib. Elvin Hüseynov isə 3-cü dərəcəli əlildir və “Kəlbəcərin azad olunmasına görə”medalı, ,”Vətən uğurunda”medalı, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.