27 sentyabr “Anım Günü” ilə əlaqədar şəhid Atayev Nicat Habil oğlunun məzarı ziyarət edilib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısınin , kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhid ailələri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhid Nicat Atayev 1994-cü il martın 5-də Mingəçevir şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. Atası polis mayoru Habil Atayev Qarabağ müharibəsinin qazisidir.
Azərbaycan Ordusunun leytenantı olan Nicat Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Atayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Nicat Atayev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” “ Xocavəndin azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Allahdan şəhidimizə rəhmət diləyirik.






