Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr “Anım Günü” ilə əlaqədar şəhid Bəylərov Seymur Səlyəddin oğlunun məzarı ziyarət edilib.

28 sentyabr 2025 | 11:16
Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Taleh Məmmədzadə Daşbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhidin yaxınları iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib.
44 günlük Vətən müharibəsindən və uğurlu Antiterror əməliyatından söz açılıb.Şanlı Zəfərin sevincini xalqımıza bəxş edən qəhrəman şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib və vurğulanıb ki, Seymur kimi oğullarımızın qəhrəmanlıq səlnaməsi gənc nəsillər üçün bir örnəkdir və onların irisi daima yaşadılacaq, xalqımız tərəfindən əziz xatirələri ehtiramla yad ediləcəkdir.
Qeyd edək ki, şəhid Bəylərov Seymur Səlyəddin oğlu 24 iyun 1996-cı ildə Samux rayonunun Qarayeri kəndində anadan olub. 2003-cü ildə Samux rayonu Qarayeri kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2014-cü ildə orta məktəbi bitirib.
Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə Naxçıvan MR-in N saylı hərbi hissəsində hərbi xidmətini başa vuran Seymur hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2017-ci ildən etibarən Silahlı Qüvvələrin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib.
27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 28 sentyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 28 oktyabr 2020-ci ildə Samux rayon Qarayeri kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Suqovuşanın azad olunması” və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər