Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr “Anım Günü” ilə əlaqədar şəhid Musayev Murad Polad oğlunun ailəsi və məzarı ziyarət edilib.

29 sentyabr 2026 | 15:36

Ziyarətdə YAP Kəlbəcər rayon təşkilatının Sədri Həbib Misirov Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Tural Oruczadə,RİHB-nin əməkdaşları kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhid ailələri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Şanlı Zəfər tariximizdən bəhs edilib, Murad Musayevin keçdiyi şərəfli döyüş yolundan söz açılıb, onların xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daima yaşadılacağı vurğulanıb.

Qeyd edək ki, şəhid Musayev Murad Polad oğlu 01 oktyabr 2001-ci ildə Bərdə rayonunun İmirli kəndində anadan olub. 2008-ci ildə Bərdə şəhərində yerləşən “Kəlbəcər rayon 26 saylı tam orta məktəb”inin 1-ci sinifinə daxil olub. 2019-cu ildə orta məktəbi bitirdikdən sonra. Həmin ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Murad 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Əvvəlcə, Ağcabədi rayonunda, sonra isə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Murad Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.
29 sentyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 29 sentyabr 2020-ci ildə Bərdə şəhər İmirli kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunması” medalları ilə təltif edilmişdir.

 Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər