27 sentyabr “Anım Günü” ilə əlaqədar şəhid Musayev Murad Polad oğlunun məzarı ziyarət edilib.
29 sentyabr 2025 | 18:19
Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Taleh Məmmədzadə Əsrik və Milli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhidin yaxınları iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib, onların keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb.
Qeyd edək ki, şəhid Musayev Murad Polad oğlu 01 oktyabr 2001-ci ildə Bərdə rayonunun İmirli kəndində anadan olub. 2008-ci ildə Bərdə şəhərində yerləşən “Kəlbəcər rayon 26 saylı tam orta məktəb”inin 1-ci sinifinə daxil olub. 2019-cu ildə orta məktəbi bitirdikdən sonra. Həmin ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Murad 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Əvvəlcə, Ağcabədi rayonunda, sonra isə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Murad Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.
29 sentyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 29 sentyabr 2020-ci ildə Bərdə şəhər İmirli kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunması” medalları ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






