27 sentyabr-Anım Günü ilə əlaqədar Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər rayonu üzrə gənclər və idman sektoru yarış keçirib.
26 sentyabr 2025-ci il tarixdə Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər rayonu üzrə gənclər və idman sektoru və Kəlbəcər rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 11 saylı tam orta məktəbdə Ümumtəhsil məktəblərinin 14-16 yaşlı şagirdləri (oğlanlar) arasında 1000 metr məsafəyə qaçış üzrə Kəlbəcər rayon turniri keçirildi.
Turnirdə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Oktay Cabbarov, Kəlbəcər rayon Statistika İdarəsinin rəisi Ramil Salmanov və Kəlbəcər rayonunun 12 tam orta məktəbi olmaqla ümumilikdə 24 nəfər şagird iştirak edirdi.
Yarışı Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun müdiri Musa Mamedov açıq elan etdi.
Yarışın nəticəsinə əsasən Kəlbəcər rayon 9 saylı tam orta məktəbin şagirdi Əmiraslanov Xanlar Arzu oğlu 1-ci yer, həmin məktəbin şagirdi Hümbətov Murad Anar oğlu 2-ci yer, rayon 99 saylı tam orta məktəbin şagirdi Kərimli Nihad Nicat oğlu 3-cü yerin qalibi oldu.
Sonda qaliblər Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olundular.






