Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr “Anım Günü” ilə əlaqədar Vətən Müharibəsi şəhid Əhmədxan Əhmədovun ailəsi ziyarət edilib.

26 sentyabr 2024 | 09:48
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəis polkovnik Zöhrab Camalov,Kəlbəcər RİH-in məsul əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olan Əhmədovun Əhmədxan Məzahir oğlunun ailəsini ziyarət edib.
Söhbət zamanı Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qeyd edib ki, 44 günlük Vətən müharibəsində və anterror əməliyyatlarında Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərib. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz düşmən məhv etdi. Ərazi bütövlüyümüz tam bərpa edildi.Şəhidlərimizin sayəsində xalqımız başını dik tutub,ərazi bütövlüyümüz tam bərpa edilib, müqəddəs bayrağımız qürurla dalğalanır. Şəhid ailələri, qazilər dövlətimizin başçısı, prezident cənab İlham Əliyevin xüsusi diqqət mərkəzindədir.Onların sosial rifahının artırlması istiqamətində dövlət tərəfindən lazimi tədbirlər görülür.
Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Əhmədxan Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 12 noyabr 2020-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı, “Şuşanın azad olunmasına görə” medal, “Xocavəndin azad olunmasına görə”medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Keçidlər