Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr “Anım Günü” ilə əlaqədar Vətən müharibəsi şəhidi Məhərrəmli Fuad Füzuli oğlunun məzarı və ailəsi ziyarət edilib

02 oktyabr 2026 | 08:47
Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Tural Oruczadə,RİHB-nin əməkdaşları YAP Kəlbəcər rayon təşkilatının əməkdaşları ,kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhid ailələri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub, şəhidlərimizin döyüş yolu barədə söhbət açılıb və şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib. Eyni zamanda qeyd olunub ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etdi. Üçrəngli bayrağımız Respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi Məhərrəmli Fuad Füzuli oğlu 10 may 2001-ci ildə Tərtər şəhərində anadan olub. 2007-ci ildə Bakı şəhər Suraxanı rayon Yeni Ramana qəsəbəsində yerləşən Fərrux İsrafil oğlu Mehtiyev adına Qubadlı rayon Qaralar kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. Orta məktəbi bitirdikdən sonra 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Fuad hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Azərbaycan Ordusunun əsgəri olan Fuad Məhərrəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad olunmasında böyük şücaət göstərib.
28 sentyabr 2020-ci ildə Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 29 sentyabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə F.Məhərrəmli ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Keçidlər