27 sentyabr-Anım Günü münasibəti ilə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə tədbir keçirilib.
26 sentyabr 2025 | 15:05
Tədbirdə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktor Ənvər İmaməliyev, Kəlbəcər rayon İcra Hakmiyyətinin məsul əməkdaşları Murov Həsənov, Hikmət İsmayılov,xəstəxananın kollektivi iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən natiqlər 44 günlük Vətən Müharibəsinə nəzər salıb, şanlı Zəfər tarixmizdən bəhs ediblər.






