Şriftin ölçüsü :

Saytın rəngi :

Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına uyğun olaraq Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən vətəndaşların qəbulu video konfrans vasitəsi ilə keçirildi.

16 may 2020 | 16:00

Kəlbəcər rayon İcra Hakimiyyətində vətəndaşlarla ilk onlayn qəbulu keçirildi. Görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edildi və kəlbəcərli məcburi köçkünlərin müraciətləri dinlənildi. Rayon sakinlərinin müraciətlərini dinləyən rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onların problemlərinin, təkliflərinin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli edilməsi üçün müvafiq göstərişlər vermişdir. Videokonfrans zamanı vətəndaşlara koronavirus epidemiyasından qorunmaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinə dair məlumatlar da verildi.  Keçirilən video qəbulda iştirak edən kəlbəcərli məcburi köçkünlər Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, koronovirus pandemiyasının qarşısının alınması üçün atdığı addımları dəstəklədiyini bildirərək, ölkə Rəhbəri ilə həmrəy olduqlarını ifadə etdilər.

 

 

Keçidlər