Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyəti qanvermə aksiyası keçirtdi.

17 may 2020 | 16:00

Kəlbəcər rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına qoşularaq 17 may  2020-ci il tarixdə qanvermə aksiyası keçirtdi. Karantin rejiminin bütün tələblərinə uyğun şəkildə təşkil olunan qanvermə aksiyasında 12 nəfər donordan qan götürülüb. Yığılan qan ehtiyatı Gəncə Qan Bankına təhvil verilib. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

 

 

 

 

 

Keçidlər