Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Vəliyev İbrahim Ələmşah oğlunun ailəsi ilə görüşdü.

26 iyun 2020 | 16:00

26 iyun Silahlı qüvvələr günü münasibətilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev sosial izolyasiya qaydalarına riayət etməklə, 25 fevral 2020-ci il tarixdə  cəbhənin Qazax rayonu istiqamətində düşmənin diversiya hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş, ölümündən sonra Hərbi Xidmətdə Fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif edilən şəhid  Vəliyev İbrahim Ələmşah oğlunun ailəsi ilə görüşdü. Görüş əsnasında  rayon rəhbəri  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışdı, Ümummilli liderimiz Heydər Əliyevin siyasətində şəhid ailələrinə dövlət qayğısının xüsusi yer tutduğunu bildirərək qeyd etdi ki, hazırda ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir.
    Görüşdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə istər sülh, istərsə də ordumuzun gücü ilə  torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyi  və şəhidlərimizin qisasının alınacağı əminliklə vurğulandı.
    Şəhidin atası  Ələmşah Vəliyev  onlara göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından ölkə başçısına öz minnətdarlığını bildirərək, işğal altında olan torpaqlarımızın azadlığı yolunda özünün və doğmalarının şəhid olmağa hazır olduqlarını bildirdi.

 

           

 

            

 

            

 

            

 

 

Keçidlər