Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart-Azərbaycanlıların Soyqırımı günü Kəlbəcər rayonunda qeyd edildi.

31 mart 2023 | 10:36
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan, eləcədə soyqırıma məruz qalan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına etitamlarını bildirib.Tədbirdə 31 mart – Azərbaycanlıların soyqırımından bəhs edən sənədli filimə baxılıb.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, GDU-nun tarix üzrə fəsləfə doktoru, dossent, Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə və Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Hikmət Şahmuradov çıxış edərək qeyd ediblər ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.Bu qanlı faciəyə əsil hüquqi qiymət məhz Ulu Öndər tərəfindən verildi. Məhz ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Həmin ildən etibarən bütün xalqımız bu tarixi “31 Mart Azərbaycanlıların soyqırımı günü” kimi qeyd edir.
Eyni zamanda vurğulanıb ki, ermənilərin xalqımıza qarşı törətdiyi qanlı faciələrdən biri də 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı soyqırımı hadisələridir. İştirakçılara 31 mart və 1-2 aprel tarixlərində qırğınların kütləvi şəkil alması, silahlanmış erməni əsgərlərinin dinc əhalini amansızcasına qətlə yetirmələri, qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımızın qəddarlıqla öldürülməsi, tarixi binaların, məscidlərin, məktəblərin dağıdılması barədə məlumat verilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci tarixli Fərmanı ilə bu hadisələrə ilk dəfə siyasi qiymət verilməsi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqlarının rəsmi surətdə bəyan edilməsi, habelə digər mühüm məqamlar xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Belə ki, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni qatillərinin vəhşiliyini və vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılmış və ölkəmizin əhalisi, həmçinin xarici qonaqlar tərəfindən bu kompleks ziyarət olunur.Natiqlər 31 mart Azərbaycanlıların Soyqırımını bütün bəşəriyyətə və inanlığa qarşı soyqırım kimi qiymətləndirmiş və bu soyqırım həqiqətlərini gənclərimizə çatıdırılmasının vacibliyini vurğulamışdırlar.
Keçidlər