31 Yanvar 2025-ci il tarixdə“2 fevral–Azərbaycan Gəncləri günü” münasibətilə rayon gənclərinin iştirakı ilə tədbir keçirildi.
31 yanvar 2025 | 17:05
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şəhid övladı, Vətən müharibəsi qaziləri, rayonda müxtəlif sahələrdə fəaliyyət göstərən və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər, könüllülər və idmançılar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra tədbirdə gənclər gününə həsr olunmuş video-çarx nümayiş etdirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun müdiri Musa Mamedov, sektorun baş məsləhətçiləri Hikmət Şahmuradov, Faiq Kamranzadə çıxış edərək “2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə gəncləri təbrik etdi, xalqımızın yaddaşında silinməz izlər buraxan Heydər Əliyevin tarixi xidmətlərindən, gənclər haqqında verilən fərman və sərəncamlardan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2003-cü ildən gənclərin hər tərəfli inkişafı üçün qəbul etdiyi dövlət proqramlarından, gənclərin təhsildə, elmdə, mədəniyyətdə, səhiyyədə, idmanda əldə etdiyi nailiyyətlərdən, dünya arenasında, beynəlxalq yarışlarda qazandıqları uğurlardan, gənclərin 44 günlük Vətən müharibəsində göstərdiyi mərdlikdən, yenilməzlikdən və qəhrəmanlıqdan geniş məlumat verdi.
Sonra söz gənclərə verildi.Çıxışçılar tədbir iştirakçılarını Gənclər günü münasibətilə təbrik etdilər, dövlətin gənclərimizə göstərilən qayğısından danışaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Yekun sözlə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev “2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə təbrik edib, gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolundan, gənclərin müxtəlif sahələrdə əldə etdikləri uğurlardan, respublikamızda gənclər və idman siyasətindən, eləcədə gənclərə dövlət qayğısından söz açıb. Rayon rəhbəri gənclərə öz dəyərli tövsiyələrini verib, hər zaman onların yanında olduğunu vurğulayıb.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, eləcə də elm sahəsində fərqlənən bir qrup fəal gənc Kəlbəcər Rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon təşkilatının və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif olundular.
Sonra tədbir çay süfrəsi arxasnıda davam etdi.
Qeyd edək ki, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin “2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə təltif etdiyi Hüseynova Dərya Elbrus qızı , 44 günlük Vətən müharibəsi şəhidi Hüseynov Elbrus Nadir oğlunun övladıdır və 9-10 noyabr 2024-cü il tarixində Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında taekvondo üzrə bütün rəqiblərini məğlub edərək uşaqlar arasında 24 kq çəki dərəcəsində Avropa çempionu adını qazanıb.