Uzun müddət yığılıb qalmış tullantı qalıqları ərazidən təmizlənərək yerindəcə öz həllini tapdı.
Göygöl rayon Murovdağ qəsəbəsində müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri Kəlbəcər Rayon İcra Hakmiyyətinə müraciət edərək, həmin ərazinin ətrafında üzün müddət yığılıb qalaqlanmış məişət tullantılarının yaydığı iy-qoxudan, orada olan antisanitariyadan əziyyət çəkdiklərini bildirərək ərazinin tullantılardan təmizlənməsini xahiş etmişdilər. Vətəndaşların müraciətini, havaların isti keçməsini və ölkədəki epidemiyoloji vəziyyəti nəzərə alaraq Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dərhal məsələyə reaksiya verərək məişət tullantıları ilə örtülmüş əraziyə baxış keçirmiş, orada Nazirlər Kabinetinin pandemiya ilə əlaqədar mövcud sosial izolyasiya qaydalarına əməl etməklə sakinlərlə görüşmüş və aidiyyatı qurumlara tapşırqlar vermişdi. Uzun müddət yığılıb qalmış tullantı qalıqları ərazidən təmizlənərək yerindəcə öz həllini tapmışdır.
Qəsəbə sakinləri üzləşdikləri problemi qısa müddət ərzində həll edilərək aradan qaldırdığı üçün rayon rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.