Azərbaycan Respublikasının Maliyyə Naziri cənab Samir Şərifovun rəhbərliyi ilə ölkədə xüsusi karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı videoformatda müşavirə keçirildi.
Ölkədə koronavirus( covid-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirləri və elan edilmiş xüsusi karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı, Azərbaycan Respublikası Maliyyə Naziri və Səhiyyə Nazirinin müavini, şəhər və rayon icra hakimiyyəti başçıları və digər aidiyyəti qurumların rəhbər və məsul şəxslərinin iştirakı ilə, 27 iyul 2020-ci il tarixdə videoformatda müşavirə keçirildi. Müşavirədə yerlərdə mövcud vəziyyət geniş təhlil edildi.
Kəlbəcər rayonunda xüsusi karantin rejimi dövründə vətəndaşların karantin rejimi qaydalarına ciddi əməl etmələri ilə bağlı rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi və rayon Mərkəzi xəstəxanası - Publik Hüquqi Şəxs tərəfindən, əhali arasında birgə proflaktik və maarifləndirici tədbirlərin görülməsi tövsiyyə olundu.