Kəlbəcər Rayon İcra Hakimiyyəti Qurban bayramı münasibətilə rayon əhalisini təbrik etdi.
31 iyul 2020 | 16:00
Əziz Kəlbəcər rayon sakinləri,
Sizi və bütün Azərbaycan xalqını Kəlbəcər Rayon İcra Hakimiyyəti adından dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan,yüksək bəşəri amalları və ilahi mərhəməti özündə ehtiva edən müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirik.
Kəsdiyiniz qurbanların, etdiyiniz duaların Ulu Yaradan tərəfindən qəbul edilməsini, pak niyyətlərinizin, ülvi arzularınızın çin olmasını diləyirik.
Bu müqəddəs bayram sizlərə xoşbəxtlik, sağlamlıq, süfrənizə xeyir-bərəkət gətirsin!
BAYRAMINIZ MÜBARƏK!!!