Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev YAP Kəlbəcər rayon təşkilatının Gənclər birliyinin fəalları ilə online görüşdü.

20 avqust 2020 | 16:00

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev  YAP Kəlbəcər rayon təşkilatının Gənclər birliyinin fəalları ilə online  görüş keçirmişdir. Görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Yeni Azərbaycan Partiyasının yaranmasından, onun keçdiyi şərəfli yoldan, Ulu öndər Heydər Əliyevin siyasi kursundan və bu siyasi xətti uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmiz üçün müstəsna xidmətlərindən söz açıb. Möhtərəm Prezident cənab İlham Əliyevin 17 il ərzində davamlı olaraq həyata keçirdiyi islahatlar kursu son son illər ərzində yeni mərhələyə daxil olmaqla ölkəmizdə ictimai-siyasi və sosial-iqtisadi sabitliyi daha da möhkəmləndirmiş, xalq-hakimiyyət birliyini monolit qüvvəyə çevirmişdir. Ölkəmizidə əldə olunan nailiyyətlərdə və qazanılmış uğurlarda Yeni Azərbaycan Partiyasının və Azərbaycan gəncliyinin özünəməxsus yeri olduğunu vurğulayan Kəlbəcər RİH başçısı bütün sahələrdə gənclərə üstünlük verildiyini, onların gələcək inkişafı dövlət tərəfindən stimullaşdırıldığını və gənclərin dövlət idarəçiliyində irəli çəkildiyini bildirdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar: Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb.
      Son zamanlar ölkəmizdə baş verən ictimai-siyasi proseslərə toxunan RİH başçısı Azər  Qocayev koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istqiamətində dövlətimizin başçısı tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü və bu istiqamətdə işlərin davam etdiyini qeyd edərək bildirib ki, gənclərimiz bu işdə aktiv olmalı və virusun geniş yayılmasının qarşısının alınması üçün əhali arasında maarifləndirici iş aparmalıdırlar.
     Daha sonra İyulun 12-dən etibarən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər münasibətini bildirən RİH başçısı Azər Qocayev  döyüş zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, hərbçilərimizin mətinliyindən, mübarizliyindən söz açan rayon rəhbəri xalqımızın öz ordusu ilə hər zaman fəxr etdiyini qeyd edərək bildirib ki, on minlərlə azərbaycanlı öz ordusuna, Ali Baş Komandanına dəstəyini nümayiş etdirmək məqsədi ilə meydana axışmış, milli birlik nümayiş etdirmişdir.  Gənclərimizin milli vətənpərvərlik ruhunun yüksək olması düşməndə xof yaratdığını, Azərbaycan gəncliyinin öz torpaqlarının ərazi bütövlüyü uğrunda hər an Ali Baş Komandan cənab İlham Əliyevin döyüş əmrinə hazır olduqlarını bildirib.
       Kəlbəcərlinin sevincinə səbəb olan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən neftdaşıyan tankerə “Kəlbəcər” adının verilməsi mühüm hadisədir. Bu hadisə hər bir kəlbəcərlidə doğma yurda qayıtmaq inamını artırıb.Dövlətimizin başçısı cənab İlham Əliyevə,  eyni zamanda gəminin inşasını həyata keçirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin rəhbərliyinə və kollektivinə Kəlbəcər rayonuna göstərdiyi bu həssaslığa görə, minnətdarlığını bildirib.
       Görüşdə iştirak edən YAP Kəlbəcər rayon təşkilatının Gənclər birliyinin sədri Hikmət Bağırov və digər gənclər çıxış edərək, partiya gənclərinə göstərdiyi diqqət və qayığa görə Kəlbəcər  RİH başçısı Azər  Qocayevə öz  minnətdarlıqlarını bildirmişdir. Kəlbəcər  RİH başçısı Azər  Qocayev tərəfindən Gənclər birliyinin işini daha da, yüksəldilməsi və partiya fəallarının fəallığını artırmaq üçün Gənclər birliyinə ofisin verilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması gənclərimizdə ruh yüksəkliyi yaratmış və iş imkanlarını artırmışdır.Gənclərimiz rayon rəhbərini əmin etmişdirlər ki, bundan sonrada öz məsuliyyətlərini dərindən dərk edərək YAP Gənclər birliyi işini günün tələbləri səviyyəsində quracaq və qarşıya qoyulmuş vəzifə  və tapşırıqların öhdəsindən layiqincə gələcəkdir.

 

Keçidlər