Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad günüdür.
Mehriban xanım Əliyevanın humanist yanaşmaları, xalqına olan sevgisi və hörməti ilə hər bir azərbaycanlının qəlbində özünə dərin ehtiram qazana bilmişdir. Dünyada və ölkəmizdə ictimai-siyasi və sosial innovasiyalar sahəsində Mehriban xanımın fəaliyyəti hər kəs tərəfindən yüksək qiymətləndirilir.
Mehriban xanım Əliyevanın Azərbaycanda aztəminatlı ailələrin dəstəklənməsi, qayğıya ehtiyacı olan şəhid ailələrinin, müharibə əlillərinin, müharibə veteranlarının daim dövlətin diqqətində saxlanılması və gənc ailələrin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi yorulmaz fəaliyyəti cənab Prezident İlham Əliyevin sosialyönümlü dövlət siyasətinin əsas məğzini təşkil edir. Təsadüfi deyil ki, Azərbaycan xalqı onu Dövlət başçımızın ən yaxın silahdaşı adlandırır.
Heç kimə sirr deyil ki, Mehriban xanım Əliyeva Azərbaycanda qədim sərvətimiz olan muğamın yeniden aktuallaşmasında və gənc nəsillər tərəfindən öyrənilməsində, qorunub saxlanmasında böyük rola malikdir. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına hələ 1995-ci ildə yaratdığı Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə öz töhfələrini vermişdir. Heydər Əliyev Fondunun yalnız Azərbaycanda deyil, bütün dünyada gördüyü işlər təqdirəlayiqdir.
Mehriban xanım Əliyevanın çoxşaxəli, faydalı fəaliyyəti, nəcibliyi, humanizmi, əxlaqi dəyərləri hər bir Azərbaycan xanımına örnəkdir. O, Azərbaycan anasının, Azərbaycan xanımının bütün üstün keyfiyyətlərini özündə ehtiva edən böyük şəxsiyyətdir. Mehriban xanım Əliyeva müasir dövrdə bütün Azərbaycan xanımlarının ən gözəl kefiyyətlərini özündə cəmləşdirən Azərbaycan xanımının təcəssümüdür.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyevanı Kəlbəcər rayon İcra Hakimiyyətinin kollektivi və kəlbəcərlilər adından səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və Azərbaycan xalqının rifahı naminə dövləti fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!