Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətini başçısı Azər Qocayev yüksək nəticə göstərmiş məzunlarla video konfrans formatında görüş keçirib.

14 sentyabr 2020 | 16:00

Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə koronavirus  (COVİD-19) pandemiyası dövrünü nəzərə alaraq rayon ümumtəhsil məktəblərindən bu il ali məktəblərə yüksək bal toplamış məzunlarla video konfrans formatında görüş olub.  Görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tələbə adını qazanan bütün məzunları və onların valideyinlərini təbrik edərək bildirib ki,  Azərbaycanda elə bir sahə yoxdur ki, orada dahi Ulu öndər Heydər Əliyevin əməyi və zəhməti olmasın, bütün sahələr kimi təhsil sahəsi də, Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasi xəttin bir hissəsini təşkil edir. Ulu öndər Heydər Əliyev hər zaman təhsilə yüksək önəm vermiş və demişdir ki, “Təhsil millətin gələcəyidir”.Millətimizin gələcəyinin təməli və təminatçısı  olan təhsilimiz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində uğurla inkişaf edərək yeni mərhələyə qədəm qoyub.Ölkəmizdə yeni-yeni məktəblər tikilir, sagirdlərin yüksək səviyyədə təhsil almaları üçün bütün infrasturuktur lahiyələr icra olunur.Ölkə təhsilinə dövlət başçısı tərəfindən göstərilən diqqət Kəlbəcər rayonunda da, hiss olunmaqdadır. Ölkəmizdə koronavirus (COVİD-19) pandemiyası hökm sürməsinə baxmayaraq 2019/2020-ci tədris ilində  rayonumuzda uğurlu nəticələr əldə olmuşdur, beləki rayonun  ümumtəhsil məktəblərindən 443 nəfər məzun tələbə adını qazanıb ki, onlardan 340 nəfəri  500 bala qədər, 75 nəfəri  500 baldan  600 bala qədər,  28 nəfər isə 600 baldan yuxarı  nəticə əldə edib.
     A.Qocayev məzunları bir daha təbrik edərək bildirmişdir ki, gənclərimiz ali təhsil alaraq, savadlı, bilikli, bacarıqlı, gənc kadr kimi Müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə yorulmadan çalışmalı, Azərbaycanımızın qüdrətlənməsi üçün görülən işlərdə öz layiqli tövhələrini verməklə dövlət və dövlətçiliyə sədaqətli olmalıdırlar.
Məzunlar onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon icra hakimiyyətinə minnətdarlıqlarını bildiriblər.

 

  •  
  •  
Keçidlər