Şriftin ölçüsü :

Saytın rəngi :

9 may Faşizm üzərində Qələbənin 67-ci ildönümü ilə bağlı olaraq Kəlbəcər rayonundan olan bir qrup Böyük Vətən Müharibəsi əlili və veteranları ilə görüş keçirilmişdir.

09 may 2013 | 15:00

8 may 2013-ci il tarixli saat 11-00 da Gəncə şəhəri N.Nərimanov pr. 3 -ünvanında yerləşən Kəlbəcər rayon İcra hakimiyyəti başçısı aparatında 9 may Faşizm üzərində Qələbənin 67-ci ildönümü ilə bağlı olaraq Kəlbəcər rayonundan olan bir qrup Böyük Vətən Müharibəsi əlili və veteranları ilə görüş keçirilmişdir.
1941-1945-ci ildə Kəlbəcər rayonundan 8 min nəfərə yaxın vətəndaş səfərbər edilərək, ön cəbhəyə - nasist Almaniyasına qarşı vuruşmağa göndərilmişdir. Onların 50 faizdən çoxu SSRİ-nin müdafiəsində qəhrəmancasına həlak olmuşdur. 1000-nəfərdən çoxu əlil kimi Vətənə dönmüşdür. Hal-hazırda rayon üzrə cəmi 34 nəfər Böyük Vətən Müharibəsi əlili və iştirakçısı qalmışdır.
Rayon icra hakimiyyətinin başçısı A.Məmmədov görüşdə iştirak edən bir qrup Böyük Vətən Müharibəsi əlili və veteranlarını – 9 may Qələbə günü münasibətilə təbrik etmiş, onlara uzun ömür, möhkəm can sağlığı və gənc nəslin Vətənə məhəbbət ruhunda, milli vətənpərvərlik ruhunda tərbiyə olunması kimi çox faydalı və gərəkli işlərində uğurlar arzulamışdır.
         Tədbirin sonunda bir qrup veterana rayon icra hakimiyyətinin xatirə hədiyyəsi təqdim edilmişdir.

Keçidlər