Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev paraolimpiyaçı cüdoçular İlham Zəkiyev və Ramil Qasımovla görüşüb.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev cüdo idman növü üzrə Azərbaycan paraolimpiyaçısı , "Şöhrət" ordeninə, "Əməkdar idman ustası" adına, "Tərəqqi" medalına , "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülmüş və 2016-cı ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmiş ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu, yeddiqat Avropa çempionu və 2015-ci il Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, 7-ci Dan Qara kəmər sahibi İlham Zəkiyevlə və “Şöhrət” ordenli, Yay Paralimpiya Oyunları çempionu, ikiqat Avropa çempionu və İslam Həmrəyliyi Oyunlarının çempionu Ramil Qasımovla görüşüb.
Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev idmançılarla səmimi söhbət əsnasında vurğulayıb ki, dünya miqyasında idman ölkəsi kimi tanınan doğma vətənimizin son illərdə qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azər Qocayev bildirdi ki, dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır və buna görədə dünyanın bir çox beynəlxalq idman yarışlarına ölkəmiz ev sahibliyi edir.Kəlbəcər rayon sakinləri məcbur köçkün həyatı yaşamalarına baxmayaraq yeniyetmə və gənclərimiz idmandan kənarda qalmamış və rayonumuzun gəncləri dünya, avropa və ölkə çempionatlarında uğurlu nəticələr əldə etmişdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, sarsılmaz iradəsi, ordumuzun rəşadəti ilə düşmən üzərində tarixi şanlı qələbə qazanılmış, torpaqlarımız düşmən tapdağından azad edilmişdir. Düşmən tapdağından azad edilən ərazilərimizdə o cümlədən Kəlbəcər rayonunda da, dövlətimizin başçısı tərəfindən yeni infrasturuktur lahiyələrinin icrasına başlanılacaq və digər sahələr kimi Kəlbəcər rayonu ölkəmizdə idmanın inkişaf etmiş rayonlarından birinə çeviləcəkdir.
Paraolimpiyaçı İlham Zəkiyev bildirmişdir ki, o eyni zamanda Qarabağ qazisidir.Kəşfiyyatçı kimi döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəlib. Bu gün tarixi qələbənin qazanılması ərəfəsində Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayevlə görüşə gəlməklərində məqsəd Kəlbəcər rayon sakinlərinə öz mənəvi dəstəklərini ifadə etmək və tezliklə Kəlbəcərdə rayon ictimayyəti ilə görüşmək ümüdündə olduqlarını qeyd etmişdir.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev mənəvi dəstəklərinə görə hər iki idmançıya rayon sakinləri və öz adından minnətdarlığını bildirib.Kəlbəcərdə mütləq görüşəcəklərinə əminliyini ifadə edib.
Tətbirin sonunda xatirə olaraq, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev paraolimpiyaçı İlham Zəkiyevə dünyada məhşur olan, Kəlbəcər rayonunda yerləşən İstisu sanatoriyasının şəkilini təqdim edib.İlham Zəkiyev də öz növbəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevlə çəkdirdiyi xatirə şəkilini Azər Qocayevə hədiyyə etdi.