Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkü qəbul edib.

26 noyabr 2020 | 16:00

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkü qəbul edib. Görüşdə iştirak edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri əvvəlcə  Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Azərbaycan xalıqının ümumilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstləri düzüb və daha sonra  şəhidlər xiyabanı ziyarət edilib.Görüşdə Azərbaycan və Türkiyə arasında olan dostluq, qardaşlıq münasibətlərindən söz açılıb, hər iki ölkənin regionları arasında olan əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb

     Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, bu gün xalqımızın və kəlbəcərlilərin həyatında mühüm olan bir gündür.Azərbaycan Respublikasının Prezidenti , Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyətinin, silahlı qüvvələrimizin rəşadətinin nəticəsi olaraq bağlanan bəyənata əsasan Kəlbəcər rayonu bu gün Ermənistan tərəfindən boşaldılaraq  işğaldan azad olunmuşdur.Belə bir əziz gündə dost-qardaş Türkiyə dövlətinin  Gəncədəki Baş konsulu Zəki Öztürkü qəbul etmək olduqca xoşdur.Çünki bizim bu qələbəmizdə Türkiyə  Cumhuriyyətinin olduqca böyük payı var.Türkiyə dövləti bu dəfədə bizləri tək qoymayaraq həm mənəvi,siyasi  eyni zamanda da hərbi dəstəyini əsirgəmədi.

     Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk belə bir əlamətdar gündə işğaldan azad edilmiş Kəlbəcər rayonundan olan kəlbəcərli məcburi köçkünlərlə və Kəlbəcər rayon  İcra Hakimiyyətinin başçısı Azər Qocayevlə bir arada olduğundan məmnunluğunu ifadə edərək bildirmişdir ki, Türkiyə dövləti hər zaman dost və qardaş Azərbaycanın yanındadır.  
Görüşün sonunda  xatirə şəkli çəkdirilib.

 

 

 

 

 

 

 

Keçidlər