Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcərin qəhrəman oğlu kəşfiyyatçı Ülfət Kərimovu tanıyaq, tanıdaq.

27 noyabr 2020 | 16:00

Azərbaycan mərd oğullar, igid qəhrəmanlar diyarıdı.Tariximizdə öz adını  unudulmazlar cərgəsinə yazdıran qəhrəmanlarımızdan biridə Kəlbəcər elinin yetirməsi, Murov qədər əzəmətli olan qorxmaz kəşfiyyatçı Ülfət Kərimov idi. Kərimov Ülfət Ələkbər oğlu 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olub. Ülfət Kərimovun qəhrəmanlığını sözlə ifadə etmək çətindir.Əsrlər boyu zəngin təbii sərvətlərə malik olan yurdumuz yadellilərin işğalçı siyasətinə məruz qalıb. Hiyləgər düşmənlərə boyun əyməyən oğul və qızlarımız onlara qarşı zaman-zaman mübarizə aparıblar. Canından çox sevdiyi doğma vətəninin müdafiəsi üçün son damla qanınadək döyüşən I Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunan şəhid Ülfət Kərimovda belələrindən idi. Kəlbəcər rayonunda anadan olan qəhrəmanımız orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmətini başa vurduqdan sonra Azərbaycana qayıdan igidimiz indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olur. Vətənin dar günündə ürəyi vətən eşqi ilə vuran Ülfət Kərimov təhsilini yarımçıq qoyaraq könüllü şəkildə döyüşçülərin sırasına qatılır. Erməni işğalçılarına qarşı gedən ağır döyüşlərdə  Ülfət cəsurluğu, qormazlığı ilə seçilirdi. Birinci motoatıcı briqadasının komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir: Bölük komandiri- böyük serjant Kərimov Ülfət Ələkbər oğlu 5 sentyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tank (T-72), bir ədəd PDM-i, bir ədəd «PK» pulemyotunu, üç ədəd «RPQ-7»-ni və xeyli atıcı silah, hərbi sursatı qənimət kimi ələ keçirmiş və 22 qulduru məhv etmişdir. 2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağında Ülfət Kərimov  3 ədəd tank, 2 ədəd «PDM-2», 2 AQS-17, 2 ədəd minaatan(120 mm.-lik) qənimət kimi ələ keçirmiş və 2 ədəd tankını 70-dən artıq canlı qüvvəsini məhv etmişdir.İkinci həmlədə isə əlbəyaxa vuruşaraq düşmənin 11 əsgərini və bir tabor komandirini əsir tutmuş, 15 nəfər erməni quldurunu məhv etmişdir. Yuxarıda göstərilənlər Ülfət Kərimovun yalnız qeydiyyata alınması mümkün olan nailiyyətləridir.

    
          Ülfət Kərimov Kəlbəcər rayonunun Ağdaban kəndi uğrunda gedən qeyri-bərabər döyüşlər zamanı əhalinin yaşayış məntəqəsini sağ-salamat tərk etməsinə nail olub. Döyüşdə yaralanan qəhrəmanımız son nəfəsində də sayıqlığını itirməyib düşmənin zirehli texnika kalonuna qarşı döyüşmüş, qumbaratanla 1 tankını məhv etmiş, əlində qumbara ilə digər tankın üsütnə çıxaraq qumbaranı tankın lyukundan içəri ataraq onu məhv etmişdir.Düşmən tankının üstündən tulanarkən düşmənə məxsus PDM tərəfindən atəş açılmış və Ülfət Kərimov yaralanmışdır.O yaralı halda  əlində qumbara ilə ona yaxınlaşan düşmənə məxsus PDM-in altına tullanıb, onu partladaraq qəhrəmancasına şəhid olmuşdur. Ülfət Kərimov Vətənin müdafiəsində göstərdiyi misilsiz qəhrəmanlığa görə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.


          Ağdaban doyüşü Ülfət Kərimovun son doyüşü olsada Ülfət həmin döyüşdən sonra ölməzlik qazandı.Ülfət Kərimovun şəhid olmasından illər keçsədə onun igidliyi tarix boyu bütün xalqımızın və kəlbəcərlilərin qəlbində əbədi yaşayacaq, indiki gənclər eləcə də, gələcək nəsl üçün şərəf, qeyrət nümunəsinə çevriləcəkdir


       Azərbaycanın ərazi bütövlüyü uğrunda öz şirin canından keçən Ülfət Kərimov kimi qəhraman şəhidlərimizin ruhları indi şaddır.Çünki Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin prinsipial mövqeyi, qətiyyəti və rəşadətli ordumuzun igidliyi sayəsində Azərbaycanımızın ərazi bütövlüyü bərpa edildi.Bu gün Ülfət Kərimovun doğulduğu Kəlbəcər rayonu azaddır,Ülfətin qəhrəmanlığından özlərinə nümunə götürən vətən oğulları Kəlbəcərin müdafiəsini təşkil edirlər.Biz yenidən Kəlbəcərə qayıdırıq orada yaşayıb yaradacağıq, Kəlbəcəri yenidən quracağıq Sənin  Kəlbəcəri görmək istədiyin kimi.


Ruhun şad olsun!

 

 

 

Keçidlər