Kəlbəcərin işğalının 20-ci ildönümü ilə bağlı Kəlbəcər şəhidlərinin anım mərasimi keçirildi
2 aprel 2013-cü il tarixdə Göygöl şəhərində Şəhidlər Xiyabanında
Kəlbəcərin işğalının 20-ci ildönümü ilə bağlı Kəlbəcər şəhidlərinin anım mərasimi keçirildi. Mərasim şəhidlərin ruhuna dualar oxunması ilə başlandı və şəhidlərin məzarı üstünə təzə-tər güllər qoyuldu. Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Rövşən Ağayev və Kəlbəcər RİH başçısı Aqil Məmmədov iştirak edirdi.
Daha sonra Aşıq Şəmşir adına rayon mədəniyyət evində təşkil olunmuş foto sərgiyə baxış keçirildi. Sərgiyə foto stendlər, şagirdlərin rəsm əsərləri, əl işləri, məktəblilərin inşaları, Kəlbəcər haqqında bukletlər nümayiş olundu. Anım mərasiminin rəsmi hissəsi “Kəlbəcər faciəsi-20” filminin nümayişi ilə başladı. Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı Aqil Məmmədov məruzə ilə çıxış etdi. Məruzə ətrafında çıxış edənlər Kəlbəcər həsrəti ilə yaşadıqlarını bildirdilər. Məktəblilərin hazırladığı kompozisiyaya baxış keçirildi. Rayon ictimaiyyəti nümayəndələri adından BMT Təhlükəsizlik Şurasına müraciət qəbul olundu.
Sonda şəhidlərin əziz xatirəsinə ehtiram olaraq ehsan verildi.