Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən müharibəsində Şəhid olan baş leytenant Məmmədov Cavad Səfiyar oğlunun doğum günü ilə əlaqədar adına ehsan süfrəsi təşkil olunub.

25 may 2022 | 12:01

Mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Rayon Həmkarlar təşkilatının sədri Əli Bağırov,  Rayon Mənzil Kommunal Təsərrüfat Müəssisəsinin müdiri Mübariz Aydınov, Kəlbəcər RİH Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə, Dini Qurumlarla işin təşkilatçısı Heydər Bəylərov, Ağcakənd İƏD üzrə nümayəndə Sənan Cəlilov,İsmayıllı RİH Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Əfqan Səlimov, İsmayıllı rayonundan olan bir qrup şəhid ailələri və şəhid Cavad Məmmədovun  ailə üzvləri , yaxınları  iştirak edib.
Mərasimdə Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək, şücaət göstərmiş qəhrəman oğullarımızdan o cümlədən şəhid Cavad Məmmədovdan bəhs edilərək onların tarixi qəhrəmanlıqlarından söz açılıb, şərəfli döyüş yoluna nəzər salınıb. Qeyd olunub ki, şəhid ailələri daima Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur. O cümlədən də, şəhid baş leytenant  Məmmədov Cavad Səfiyar oğlunun ailəsi də bu qayğıdan kənarda qalmamışdır. Şəhid baş leytenant Cavad Məmmədov ölümündən sonra   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “ Rəsadət” ordeni, “Vətən uğrunda” və“ Hərbi xidmətlərə görə” medalları  ilə təltif edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhidin ailəsinin qayğıları ilə maraqlanıb, RİH-in daxili imkanları hesabına ailəyə maddi köməklik edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və belə bir gündə onları tək buraxmadıqları üçün rayon rəhbərliyinə  öz minnətdarlıqlarını bildiriblər.
RİH başçısı Azər Qocayev Şəhidimizə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləmişdir. O, bildirmişdir ki, Şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik hər zaman gənc nəsil üçün nümunə olacaqdır.
    Allah cəmi şəhidlərimizə rəhmət eləsin !

Keçidlər