Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətində Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edildi.

12 dekabr 2020 | 16:00

Ölkəmizin hər yerində olduğu kimi, bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətində  müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyevin unudulmaz və əziz xatirəsi böyük ehtiramla yad edildi. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,  YAP Kəlbəcər rayon Təşkilatının kollektivi və Rayon ictimaiyyətinin nümayəndələri  Ümummilli Liderin abidəsini ziyarət etdilər və xatirəsinə böyük ehtiram əlaməti olaraq abidəsi önünə tər çiçəklər düzdülər. Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı fikir söyləyərək, onun dahi bir şəxsiyyət, böyük ideyaların müəllifi, müasir Azərbaycanın qurucusu kimi daima Azərbaycan xalqının qəlbində yaşayacağını bildirdi. O bildirdi ki, Xalqımızın ulu öndəri Heydər Əliyev bütü həyatını Azərbaycanın inkişafı və gələcəyinə həsr etdi.Yorulmadan, usanmadan qüdrətli Azərbaycan naminə, Azərbaycançılıq məfkurəsin formalaşması naminə gecə-gündüz çalışdı və güclü iqtisadi dayaqlara malik, qüdrətli Azərbaycan qurdu.Vaxti ilə ulu öndərin təməlini qoyduğu iqtisadi əsaslar, ölkəmizi daha gücləndirdi, yaratmış olduğu  ali hərbi məktəblərin yetirmələri bu gün Azərbaycanı şərəflə  düşmənlərdən müdafiə edir, qoyub getdiyi uğurlu daxili və xarici siyasi xətt Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artmasına ximət edir.Onun layiqli siyasi varisi cənab İlham Əliyev Azərbaycanı artıq Cənubi Qafqazla deyil Avropa və digər qitələrin dövlətləri ilə müqayisə olunacaq bir səviyyəyə çatdırıb.   Bu gün ulu öndər Heydər Əliyevin ruhu şaddır çünki onun yaratdı iqtisadiyyat nəticəsində ordumuzun maddi texniki bazası gücləndirilmiş, müasir silah və texnologiyalar alınmışdır.Vaxtı ilə əsasını qoyduği ali hərbi məktəblərin yetirmələri bu gün Qarabağda tarix yazaraq işğal atında olan torpaqlarımızı azad etmişdir.Azərbaycaçılıq məfkurəsi ətrafında xalqımız birləşərək Ali Baş Komandan cənab İlham Əliyevin irəli əmri ilə ordumuzla çiyin-çiyinə mübarizə aparmış və nəticədə şanlı qələbə qazanılmışdır.
      Neçə ki, ulu öndər idealları yaşayır, Azərbaycan var olacaqdır və  Ulu öndər Heydər Əliyev hər zaman bizim qəlbimizdə yaşayacaqdır.
      Allah rəhmət eləsin!

 

 

 

 

Keçidlər