Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi müstəvidə və hərbi meydanda qazandığı qələbə nəticəsində Dilqəm Əsgərov və Şahbaz Quliyev əsirlikdən azad edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi müstəvidə və hərbi meydanda qazandığı şanlı qələbənin nəticəsində Kəlbəcər rayon sakinləri Şahbaz Quliyev və Dilqəm Əsgərov düşmən əsirliyindən azad edilərək Vətənə gətirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Kəlbəcər rayon sakinləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana gətirilməsini təmin etməsi onun bir daha hər bir Azərbaycanlının prezidenti olmasının bariz nümunəsidir.
Cənab Prezident tərəfindən bu gün sakinlərimizin öz vətəninə qaytarılması Azərbaycan ictimaiyyətinin illərlə gözlədiyi arzunun gerçəkləşməsidir. Kəlbəcər rayon İcra Hakimiyyətinin kollektivi və rayon sakinləri adından möhtərəm cənab prezident İlham Əliyevə öz dərin təşəkkürümüzü bildiririk.