Şriftin ölçüsü :

Saytın rəngi :

E.S.Mehtiyevin Kəlbəcər rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilməsi

05 oktyabr 2013 | 15:00

E.S.Mehtiyevin Kəlbəcər rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilməsi

H A Q Q I N D A


“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci və 4.1.10-cu yarımbəndlərini rəhbər tutaraq

QƏRARA  ALIRAM:

1. Mehtiyev  Eldəniz Sabir oğlu onunla bağlanmış fərdi əmək müqaviləsinə
əsasən 26 avqust 2013-cü il tarixindən etibarən Kəlbəcər rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilsin.
2. “Dövlət Qulluğu haqqında Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununa (20 aprel 2012-ci il tarixli 245-IV QD nömrəli)  uyğun olaraq inzibati vəzifələrin dördüncü təsnifatına əsasən Mehtiyev Eldəniz Sabir oğluna dövlət qulluğunun 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilsin.
3. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.12-ci yarımbəndinə
uyğun olaraq  E.S.Mehtiyev Kəlbəcər RİH başçısı yanında Şuranın tərkibinə daxil edilsin.
Əsas: E.S.Mehtiyevin şəxsi ərizəsi, onunla bağlanmış fərdi əmək müqaviləsi.


Kəlbəcər rayon İcra

Hakimiyyətinin başçısı:    Aqil Məmmədov

Keçidlər