Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir.
2020-ci ilin ən mühüm yekunu
Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır.
Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi.
Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.
Prezident İlham Əliyev: Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi.
Prezident İlham Əliyev: Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır.
Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır.
Prezident İlham Əliyev: Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik.
Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, Ermənistan ordusu yoxdur.
Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı.
Prezident İlham Əliyev: Bu Qələbə tarixdə əbədi qalacaq.
Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur.
Deyilmişdi ki:
• Tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq;
• Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək;
• Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq;
• Azərbaycan münaqişəni istənilən yolla həll edəcək.
Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi.
Prezident İlham Əliyev: Bizim gücümüz, iradəmiz qarşısında Ermənistana verilən dəstək sıfıra bərabər oldu.
Azərbaycan ordusu Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf edib, diz çökdükdən, ağ bayraq qaldırdıqdan sonra dayanıb.
Prezident İlham Əliyev: Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik.
Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli,əxlaqlı orduya malik olduğunu göstərdi
Prezident İlham Əliyev:Biz özümüzü ermənilər kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq.
Bu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin nəticəsidir.
Sülhməramlı qüvvələrin rolu
Sülhməramlı qüvvələrin Fransa nümayəndə heyətinin Qarabağa getməsinə icazə verməsi anlaşılmazdır.
Prezident İlham Əliyev:Biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz.
Prezident İlham Əliyev:Ermənistanın xarici işlər nazirinin Xankəndidə nə işi var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir.
Azərbaycana xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq.
Qırmızı Xaç istisna olmaqla, heç bir beynəlxalq təşkilat oraya gedə bilməz.
Sülhməramlı qüvvələrin funksiyası noyabrın 10-da təsbit edildi.
Sülhməramlıların humanitar işlərlə məşğul olması imzalanmış bəyanatda təsbit edilməsə də, Azərbaycan buna göz yumur. Çünki orada insanlar yaşayır, müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın.
Prezident İlham Əliyev:Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar.
Prezident İlham Əliyev:Noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb.
Xocavənddə təxribat törətdiyi üçün ələ keçirilmiş erməni döyüşçülər hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır.
Prezident İlham Əliyev:Biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir.
Yeni siyasi mədəniyyət
2020-ci ilin fevral ayında keçiirlmiş parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addımdır.
Parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəlib.
İlk dəfə olaraq parlamentin sədr müavini, parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələrinin seçilməsi ölkəmizin demokratik inkişafı baxımından çox böyük əhəmiyyət daşıyır.
Parlamentin çoxpartiyalı parlament olması siyasi sistemimizin gücləndirilməsinə, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addım, yeni siyasi mədəniyyətin təzahürüdür.
Prezident İlham Əliyev: Keçən il partiyaların böyük əksəriyyəti bizim təşəbbüsümüzə müsbət cavab verərək siyasi dialoqa qoşuldular.
Prezident İlham Əliyev: Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir.
Prezident İlham Əliyev: Siyasi dialoqda iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir.
Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir.
Müharibə dövründə xain dəstə istisna edilməklə bütün digər siyasi partiyalar və birliklər Azərbaycanın haqq işinə öz dəstəyini verdi.
Təəssüf ki, antimilli qüvvələr öz xain, satqın missiyalarını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb.
Antimilli şuranın liderləri vaxtilə Paşinyanı demokrat, novator, təmiz adam kimi təqdim edirdilər.
Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik etmişlər.
İkinci Qarabağ müharibəsi vaxtı da həmin qrupa rəhbərlik edənlərdən biri Amerikada oturub, antimilli mövqedən çıxış edir, düşmən dəyirmanına su tökür.
“Milli Şura”nın ABŞ-dakı liderini maliyyələşdirən və ona istiqamət verənlər antiazərbaycan ermənipərəst dairələrdir.
1990-cı illərin əvvəllərində yürüdülmüş yanlış siyasət və bu siyasətin fəsadları orta məktəb, ali məktəb dərsliklərinə salınmalı, gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır.
AXC-Müsavat hakimiyyəti bəla, faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır.
Prezident İlham Əliyev: Bu gün ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir.
Prezidentin göstərişi ilə partiyaların qeydiyyatı ilə bağlı süni əngəllər aradan qaldırılmış, məsələ müsbət həllini tapmışdır.
Prezident İlham Əliyev: Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir müsbət siyasi iqlim yaranmışdır.
Azərbaycanda bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna nail olduq.
Prezidentin siyasi dialoqun gələcəyi ilə bağlı baxışı:
• Partiyalararası dialoqu möhkəmləndirmək;
• Ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək;
• Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaqda partiyaların iştirakı;
• Bu məqsədlə partiyaların beynəlxalq partiyalararası qurumlara üzvlüyündən istifadə etmək;
• Partiyaların ictimai nəzarətdə iştirakı,çatışmazlıqlar haqqında məsələ qaldırmaq.
Prezident İlham Əliyev: Biz öz niyyətimizi ortaya qoymuşuq və şadam ki, bütün siyasi qüvvələr bu təşəbbüsə qoşulubdur.
Kadr islahatları
Cəmiyyətdə kadr islahatları müsbət qarşılanır.
Kadr islahatları aparılıb. Nazirlər Kabinetində rəhbərlik dəyişdirildi. Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərlik dəyişdirildi.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır.
Prezident İlham Əliyev: Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi.
Prezident İlham Əliyev: Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur.
2020-ci ilin iqtisadi yekunları
Azərbaycan yeni ilə digər ölkələrə nisbətən daha az itkilərlə çıxıb, iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb.
Şaxələndirmə sayəsində qeyri-neft sənayesi 11 faizdən çox artıb.
Kənd təsərrüfatı 2 faiz artıbdır və daha da çox artacaq.
Neft Fondunun vəsaiti azalmayıb, təqribən 0,5 faiz artıb, ölkə öz valyuta ehtiyatlarını qoruya bilib.
Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıbdır.
Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb.
TAP-ın istismara verilməsi, Azərbaycan qazının tarixdə ilk dəfə olaraq artıq Avropa məkanına çatması tarixi nailiyyətdir.
Cənub Qaz Dəhlizinin təşəbbüskarı da Azərbaycan olub, əsas maliyyə yükünü də Azərbaycan öz üzərinə götürüb.
Prezident İlham Əliyev: Bir çox ölkələri birləşdirən Cənub Qaz Dəhlizi gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur.
Prezident İlham Əliyev: Biz Avrasiyanın enerji xəritəsini yenidən tərtib etdik.
Prezident İlham Əliyev: Biz yaxın günlərdə enerji sahəsində yeni gözəl hadisələrin şahidi olacağıq.
Keçən il sosial sahə ilə bağlı çox böyük işlər görülüb. Bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib.
Keçən il 1500 şəhid ailəsi üçün evlər nəzərdə tutulurdu, yanvarın 15-dək bu 1500 ailə evlərlə təmin olunacaq.
Azərbaycanda aparılan islahatlar, biznes iqlimi, investisiya iqlimi Dünya Bankı tərəfindən qeyd edilir.
Azərbaycanı tənqid edən xaricdəki və daxildəki dırnaqarası, qondarma iqtisadçılar bu nəticəni öyrənməli, yanlış tənqidlərə son qoymalıdırlar.
Dünya Bankının “Doing Business” hesabatı ölkələrin, o cümlədən Azərbaycanın reytinqlərinə yenidən baxaraq reytinqimizi artırıb.
Yeni reytinqə görə Azərbaycan:
- Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında 28-ci yerdədir;
- 10 ən islahatçı ölkə sırasındadır;
- Əhalinin elektrik təchizatı səviyyəsi - dünya miqyasında ikinci yerdədir;
- Hökumətin dəyişməyə cavabdehliyi, islahatçı obrazı əmsalına görə beşinci yerdədir;
- Hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdədir;
- Hökumətin siyasi sabitliyi təmin etməsinə görə 11-ci yerdədir;
- İnfrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yer;
- Hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci yer;
- Avtomobil yollarının keyfiyyəti - 24-27-ci yer;
- İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.
Dünyan Bankının dünyanın ən nüfuzlu iqtisadı qurumu olması və hesabatın mötəbərliyi xüsusi vurğulanmalıdır.
Azərbaycan işğala, 1 milyon qaçqının olmasına baxmayaraq, bu nailiyyətləri əldə edib, gələcəkdə daha böyük nailiyyətlər əldə ediləcəyi şəksizdir.
Azərbaycan koronavirusla mübarizədən şərəflə çıxır
Koronavirus, bütün dünya üçün çox böyük sınaq idi. Azərbaycan bu sınaqdan şərəflə çıxır.
Görülən işlər:
• Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikilib;
• Laboratoriyalar alınıb;
• Həkimlər səfərbər olunub, koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əməkhaqqılarının 3-5 misli həcmində maaş alırlar;
• Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi;
• Bu ay ərzində Azərbaycana peyvənd gətiriləcək, bütün kontraktlar imzalanıb;
• İnsanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq.
Post müharibə dövrünə aid vəzifələr
Ziyan dəymiş 9 mindən çox ev bərpa ediləcək.
Azərbaycan dövləti vətəndaşların itirilmiş əmlakının bərpası üçün vəsaitin verilməsini təmin edir.
Gəncə şəhərində Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılmış yaşayış binalarının əvəzinə yeniləri tikilməli, həmin binalar isə xatirə komplekslərinə çevrilməlidir.
Şəhərlər bərpa olunarkən hər bir şəhərdə dağıdılmış yerlər Ermənistan işğalının açıq səma altında muzeyi kimi qalmalıdır.
Azad olunmuş bütün şəhərlərdə memorial komplekslər, Zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri də yaradılmalıdır.
Həm Azərbaycan vətəndaşları bunu heç vaxt unutmasınlar, həm də xaricdən gələn qonaqlar görsünlər biz hansı vəhşilərə qarşı müharibə aparmışıq, öz torpağımızı və Cənubi Qafqazı hansı bəladan xilas etmişik.
Prezidentin göstərişi ilə, minaların təmizlənməsi ilə məşğul olan ANAMA yaxınlarda yenidən təşkil ediləcək, Ərazilərin Bərpası Agentliyi ilə birləşdirilə bilər.
Qurumun işçilərinin sayı artırılacaq, ən müasir texnika ilə təchiz ediləcək.
Müdafiə Nazirliyində ən azı ilkin mərhələdə iki istehkamçı tabor yaradılacaq.
Bütün ərazilərin, şəhərlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. Hər şəhər üzrə vahid konsepsiya olmalıdır.
İlk növbədə,böyük yaşayış məntəqələri bərpası ediləcək.
Bu tarixi yaşayış məntəqələrində məskunlaşacaq insanlar öz ailə büdcələrini orada işləyərək təmin edə bilməlidirlər.
Azad olunmuş ərazilərdə torpaq islahatı yeni meyarlarla aparılmalı,hansı torpaqların dövlət torpaq fonduna, meşə fonduna veriləcyi dəqiq bilinməlidir.
Azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kənd təsərrüfatı, kənd təsərrüfatı emalı, turizm və dağ-mədən sahələri olacaqdır.
Ermənilər zəbt etdikləri yerlərdə məskunlaşsa da, heç bir infrastruktur yaratmayıblar, çünki nə iqtisadi və insani resurs, nə də istək olmayıb.
Prezident İlham Əliyev: Onlar heç vaxt bu torpaqları öz torpaqları kimi qəbul etməyiblər. Əks-təqdirdə Şuşa şəhəri belə acınacaqlı vəziyyətdə olmazdı. Əgər onlar tarixi saxtalaşdıraraq Şuşa şəhərini bütün dünyaya erməni şəhəri kimi təqdim etməyə çalışıblarsa, heç olmasa, oraya əl gəzdirərdilər.
Minalardan təmizləmə, şəhərsalma qaydaları, infrastruktur layihələri və tikinti işləri ən müasir standartlara cavab verməlidir.
Bərpa işlərinə qədər dəymiş ziyan hesablanmalıdır.
Dağıdılmış və azad edilmiş bütün torpaqların peyk və dronlar vasitəsilə çəkilişi, sənədləşdirilməsi, əgər belə demək mümkündürsə, pasportlaşdırılması aparılmalıdır.
Dağılmış məntəqələrin yerində şəhərlərin yaradılmasına ancaq beynəlxalq qiymətləndirmə aparılandan sonra başlanacaq ki, məhkəmələrdə qarşı tərəf bizi hansısa faktları saxtalaşdırmaqda ittiham edə bilməsin.
Tarixi abidələrin, ictimai binaların, dövlət binalarının, müəssisələrin, fərdi evlərin və çoxmənzilli binaların dağıdılması sənədləşdirilməli, qiymətləndirilməlidir.
Təzminat davasının başlanması üçün mütləq tanınmış beynəlxalq şirkətlərin rəyi olmalıdır.
İtirilmiş gəlir də hesablamalıdır, bu 30 il ərzində biz bu müəssisələrdən hansı gəliri götürə bilərdik.
Ekologiyaya vurulan ziyan hesablanmalıdır.
İndi azad edilmiş ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci ildə isə cəmi 174 min hektar. Yəni, 54 min hektar meşə fondu məhv edilib, qırılıb və bu, erməni cinayətinin növbəti nümunəsidir.
Ermənilər tərəfindən dağıdılmış meşələri bərpa etmək üçün xüsusi proqram tərtib olunmalıdır.
Bəzi beynəlxalq təşkilatlar və şirkətlər ermənilər öz vandallıqlarını həyata keçirməkdə yardım etmiş, torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərilmişdir.
Təbii sərvətlərin qanunsuz istismar edən xarici şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə gedəcək.
Bundan sonra onların biznes fəaliyyəti demək olar ki, dayandırılacaq.
Prezident İlham Əliyev: Xərclərə nəzarət gücləndirilməlidir. Xüsusilə dövlət xətti ilə alınan mallara çox ciddi nəzarət olmalıdır. Bütün yersiz xərclərə son qoyulmalıdır.
Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəkdir.
Bakı şəhərində, Gəncə şəhərində, Sumqayıt, Mingəçevir şəhərlərində və hər hansı bir başqa yerdə köçkünlər üçün evlər tikilməməlidir.
Köçkünlər, yəni, keçmiş köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək.
Keçmiş məcburi köçkünlərin 52 faizinin şəhərlərdə -Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirilməsi heç bir məntiqə sığmır.
Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir.
İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərin yaxınları bu evlərdə yerləşdirilməlidir.
Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata artırıldı. Digər artımlar da var.
Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır və hökumət prioritetlər seçməlidir.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hansı məhsullar əkilməlidir. Azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var.
Azad edilmiş torpaqların potensialından ərzaq təhlükəsizliyi və ixrac potensialının artırılması üçün istifadə olunacaq.
Aqrar məhsulların ixrac potensialı şaxələndirilməli, yeni bazarlar axtarılmalıdır.
Azad olunmuş torpaqlarda kənd təsərrüfatı xüsusilə bağçılıq sahəsində çox ciddi inkişaf edə bilər.
Bağçılıqda, meyvə istehsalında bizimlə heç kim rəqabət apara bilməz.
Üzümçülüyün böyük potensialı var.
Azad edilmiş torpaqlarda, eyni zamanda, böyük enerji potensialı var.
Azad edilmiş ərazilər dünya üçün yaşıl enerji zonası kimi bir nümunə olacaq.
Xudafərin və Qız qalası hidroqovşaqlarında qurulacaq su elektrik stansiyaları böyük enerji potensialına malikdir. Eyni zamanda, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının yaradılması məsələsi gündəlikdədir.
Prezident İlham Əliyev: Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik.
240 meqavat gücündə külək elektrik stansiyasının tikintisinə start verilir, xarici investor bu stansiyanı öz pulu ilə tikəcək. Xarici investorlar azad olunmuş torpaqlara cəlb edilməlidir.
Azad edilmiş torpaqlarda ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır.
Birinci layihə Şuşa şəhərinə yol layihəsidir.
Digər vacib layihə çox çətin relyefdən keçən Toğanalı - Kəlbəcər yoludur.
Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək.
Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilməsi üçün də hazırlıq işləri gedir.
Beləliklə, həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradılır.
Ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb.
İki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün bizə kömək göstərəcək.
Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur.
Horadiz-Ağbənd(Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbə) dəmir yolu da yenidən tikiləcək.
Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır.
Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir.
Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəf müqabilimiz, əlbəttə, Rusiyadır. Biz bu məsələni Rusiya ilə müzakirə edirik.
Sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlər aparılmalıdır.
Hazırda Dövlət Sərhəd Xidməti Zəngilan-Qubadlı sərhədinin mühafizəsi ilə məşğuldur. Kəlbəcər-Laçın istiqamətində Müdafiə Nazirliyinin qoşunları xidmət göstərirlər.
Ermənistanda revanşist qüvvələr var və biz onların bəyanatlarını diqqətsiz qoya bilmərik.
İranla bərpa olunmuş sərhəd dostluq sərhədidir, amma sərhəd infrastrukturu mütləq yaradılmalıdır.
Azad edilmiş ərazilərə biz bundan sonra da xarici nümayəndələri, jurnalistləri, diplomatik korpus nümayəndələrini, Azərbaycana səfər edən nümayəndə heyətlərini dəvət etməliyik.
Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin.
Prezident İlham Əliyev: Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb.
Prezident İlham Əliyev: Biz Qarabağ bölgəsində cənnət yaradacağıq
Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir.
Prezident İlham Əliyev: Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir.