Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev ANAMA-nın Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə şöbəsinin müdiri Musa Calalovu qəbul edib.
Vətən müharibəsi ordumuzun qələbəsi ilə başa çatdıqdan sonra işğal altında olan rayonlarımızın bizim nəzarətimizə keçməsinə baxmayaraq təhlülkə mənbəyi olaraq qalır.Beləki müharibə getdiyi müddətdə minlərlə partlamamış hərbi sursatlar, mərmilər hələdə yaşayış məntəqələrimizdə mövcuddur.Bu problemin aradan qalıdırılması üçün dövlət səviyyəsində lazimi addımlar atılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyə Cumhuriyyətindən ərazilərin minalardan və digər təhlülkəli sursatlardan təmizlənməsi üzrə mütəxəssislər ölkəmizə dəvət edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki,öz doğma yurd-yuvalarından məcburi köçkün düşmüş soydaşlarımızın geri qayıtması üçün ilk öncə işğaldan azad olunmuş ərazilərdə əvvəl təhlükəsizliklə bağlı məsələlər öz həllini tapmalıdır. İşğaldan azad olunmuş ərazilər minalardan təmizlənməlidir. İnfrastrukturun bərpası, sonra şəhərsalma ilə bağlı planların hazırlanması həyata keçirilməlidir. Bundan sonra işğaldan azad olunmuş ərazilərdə rayon sakinlərinin məskunlaşması işlərinə başlanacaqdır.
Görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirmişdir ki, bu görüş olduqca vacib bir görüşdür, cənab prezidentin müvafiq tapşırığına uyğun olaraq, Kəlbəcər rayonunda da, təhlülkəsizlik tədbirləri həyata keçirilir.Rayon sakinlərinin və eləcədə rayonumuza gələn digər şəxslərin təhlülkəsizliyini qorumaq bizim əsas vəzifələrimizdən biridir və bunun üçündə Rayon İcra Hakimiyyəti ilə ANAMA daha sıx şəkildə qarşılıqlı əməkdaşlıq etməli, rayon sakinləri arasında maarifləndirmə işlərini gücləndirməlidir.
ANAMA-nın Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə şöbəsinin müdiri Musa Calalov və baş mütəxəssis Vaqif Sadıqov öz növlərində bildirmişdirlər ki, bundan sonrada Rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq edəcəklər.Rayonun idarə və müəssisələrində, məktəblərdə və rayon əhalisinin sıx məskunlaşıdığı ərazilərdə maarifləndirmə və təbliğat işlərini gücləndirəcəklər.
Bir daha Kəlbəcər Rayon İcra Hakimiyyəti və ANAMA rayonumuzun sakinlərini və vətəndaşlarımızı, təhlülkəsizlik təbirləri yekunlaşmayana qədər işğaldan azad edilmiş ərazilərə səfərlər etməmələrini, müvafiq dövlət qurumlarında çalışan, işğaldan azad edilmiş ərazilərdə xidmət edən şəxslərə həmin ərazilərdə girişinə qadağa qoyulmuş ərazilərə daxil olmamağı, rastlarına çıxan partlamamış hərbi sursatlara, mərmilərə və onların qalıqlarına toxunmamağı və dərhal aidiyyatı üzrə (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidməti-Zəng Mərkəzinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" Xidməti-Zəng Mərkəzinə, Rayon Polis Şöbələri (RPŞ), eləcə də Rayon İcra Hakimiyyəti orqanlarına) müraciət etməyə çağırır.