Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsini ehtiramla yad edib

20 yanvar 2021 | 16:00

Qanlı Yanvar hadisəsi ölkəmizin hər yerində olduğu kimi Kəlbəcər rayonunda da, dərin hüzn və kədər hissi ilə qeyd olunmuşdur.
Tədbirdə  pandemiya şəraitinə uyğun olaraq sosial izolyasiya qaydalarına əməl etməklə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı cənab Azər Qocayev, Rayon İcra Hakimiyyətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişdir. Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə   ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda həlak olan  Kəlbəcər şəhidlərin xatirəsinə ucaldılmış  Kəlbəcər şəhidlərinin abidə kompleksi ziyarət olunmuş, abidə önünə əklil qoyulmuş  və tər qərənfillər düzülmüşdür.
Çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı cənab Azər Qocayev qeyd etmişdir  ki, Qanlı Yanvar hadisələrindən 31 il keçməsinə baxmayaraq 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.  Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.20Yanvar faciəsinə ilk dəfə  Ulu öndər Heydər Əliyev  hüquqi qiymət  vermiş və o zamankı çətin bir dönəmdə,öz həyatını riskə ataraq, qorxmadan, çəkinmədən hadisəni törədən və bu cinayyətdə əli olanları ifşa etmiş və cəzalandırılmasını tələb etmişdir.
Azərbaycan Respublikasının  prezidenti cənab İlham Əliyev  hər zaman dövlətimizinin suverenliyi və  ərazi bütövlüyü uğrunda şəhid olmuş şəhidlərimizin xatirəsini uca tutmuş, hər il 20 Yanvar qurbanlarını ziyarət edərək öz hörmət və ehtiramını bildirmişdir.Bu gün hər bir şəhid ailəsi  cənab İlham Əliyevin diqqət və qayığısını hiss etməkdədir.Şəhid ailələrinin mənzil, məişət  və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən lazimi addımlar atılır.RİH başçısı qeyd etmişdir ki, artıq bu gün şəhidlərimizin ruhu şaddır.Cənab Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə uğurlar qazanılmış, güclü ordu və xalq-iqtidar birliyi  yaradılmışdır.Məhz bu birliyin sayəsində torpaqlarımız öz gücümüz hesabına düşmənlərdən azad edilmişdir.

Keçidlər