Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dərhal hadisə yerinə gələrək mövcud vəziyyətlə yerindəcə tanış olmuşdur
21.01.2021-ci il tarixdə saat 18:00-18:30 radələrində Kəlbəcər şəhər sakini, Kərimova Gülnarə Əli qızına məxsus, Gəncə şəhəri, Gülüstan qəsəbəsi Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının ətrafında yerləşən ümumi sahəsi 50 kvadrat metr olan birmərtəbəli, iki otaqlı fərdi yaşayış evi qaz sızması nəticəsində çərisində olan ev əşyaları ilə birlikdə yanmışdır. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmamışdır.
Bu gün Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dərhal hadisə yerinə gələrək yanğından zərər çəkmiş Gülnarə Kərimova ilə görüşmüşdür. G.Kərimovaya mövcud problemlərinin həllində səlahiyyətləri çərçivəsində yardım göstərəcəyini bildirmişdir. Gülnarə Kərimova onunla görüşə gələn və dərdinə şərik çıxan rayon rəhbərinə göstərdiyi qayğı və diqqətə görə təşəkkür etmişdir.
Hal-hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən ev sahibinə dəymiş zərərin miqdarı araşdırılır.